ABŞ Prezidenti Co Bayden Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə Ukraynanın Rusiyaya uzaq mənzilli silahlarla zərbə endirməsinə icazə verilməsi imkanını müzakirə etməyi planlaşdırır.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinken britaniyalı həmkarı Devid Lammi ilə birgə mətbuat konfransında deyib.

“ABŞ Prezidenti Co Bayden cümə günü Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya Qərbin uzaq mənzilli silahları ilə zərbə endirməsinə icazə verilməsini müzakirə etmək niyyətindədir”, - dövlət katibi vurğulayıb.

.