ABŞ prezidenti Co Bayden Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə telefon danışığı aparıb və onu mayın 9-da Ağ Evdə görüşə dəvət edib.

Bu barədə Ağ Evin açıqlamasında bildirilib.

"Punchbowl News" nəşrinin qurucusu Ceyk Şerman və "The Washington Post" qəzetinin jurnalisti Tayler Peycerin sözlərinə görə, telefon danışığı ABŞ-ın dövlət borcunun həddi məsələsinə həsr olunub. Konqres liderlərinin mayın 9-da keçiriləcək görüşündə məhz bu məsələ müzakirə olunacaq.

.