Co Bayden 2024-cü ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürmək niyyətini “çox yaxında” açıqlayacağını bildirib.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Mən artıq sizə dedim ki, iştirak etməyi planlaşdırıram. Bu barədə sizə tezliklə məlumat verəcəyəm" – Bayden bildirib
Yenidən seçilərsə, Bayden 82 yaşında Amerika lideri kimi ikinci müddətə başlayacaq.
.
