Bu gün Səbayel Rayon Məhkəməsində "Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin barəsində  istintaq orqanının verdiyi təqdimata baxılıb.

Teleqraf.com xəbər verir ki, istintaq orqanının təqdimatını  məhkəmə təmin edib.

Habil Vəliyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, dekabrın 3-də ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı tədbirlər davam etdirilib. Həmin cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri nəticəsində "Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev  hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib. 
.