Fransanın Baş Qərargah rəisi Pierre De Villiers prezident Emmanuel Makronla yaşadığı mübahisələrin ardınca vəzifəsindən istefa verib.

Baş Qərargahdan verilən yazılı açıqlamada bildirilir ki, Villiers Fransanın və xalqının təhlükəsizliyi mövzusunda artıq kifayət qədər müdafiə bacarığı olmadığını etiraf edib.
Xatırladaq ki, bu iki səlahiyyətli şəxs arasında mübahisə Fransanın müstəqillik günü ilə bağlı tədbirdən başlamışdı. De Villiers Fransa Parlamentinin Müdafiə Komissiyasında 50 millət vəkilinin qarşısında çıxış edərkən Makronun qonağı olan Bersidən bəhs edərək "özümü ona öpdürmərəm” demişdi.
Prezident Makron isə buna cavabında fransız ordusuna müraciət edərək "sizin rəisiniz mənəm və mənim kiminsə şərhinə və təhdidinə ehtiyacım yoxdur” cavabını vermişdi.
.