İsrail Müdafiə Qüvvələrinin hərbçiləri HAMAS-ın hücumunun ilk günündə ölkənin təhlükəsizliyini təmin edə bilməyib.

Yenizaman “The Times of İsrael” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (Israel Defense Forces- IDF) Baş Qərargah rəisi Herzi Halevinin bəyanatında deyilir.

Bildirilib ki, bəyanat bu gün tam şəkildə yayımlanacaq və bu, 7 oktyabrda HAMAS döyüşçülərinin İsrailə təşkil olunmuş hücumun başlamasından indiyə qədər Halevinin ilk bəyanatıdır.

Xatırladaq ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HAMAS döyüşçüləri yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar.

Buna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.

9 oktyabrdan etibarən İsrail hakimiyyəti Qəzza zolağının tam miqyasda blokadaya alınması, elektrik və su təchizatının kəsilməsi, ərzaq və yanacaq tədarükü yollarının kəsilməsi barədə göstəriş verib.

.