Ötən illərdən bağlı qalmış 26 qətl hadisəsinin üstü açılıb.
Bunu Baş Prokurorluğun İnstaqram sosial şəbəkəsindəki səhifəsində canlı yayım zamanı İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.
O bildirib ki, hazırkı tarixə qədər 26 nəfər barəsində 21 nəfərin cinayət işinin istintaqı başa çataraq məhkəməyə göndərilib: “Artıq 15 iş üzrə ittiham hökmü çıxardılıb. Onlardan 1 nəfər barəsində ömürlük azadlıqdan məhrum etmə cəzası məhkəmə tərəfindən verilib. Xüsusilə qeyd edim ki, icraatımızda olan bağlı qalan cinayət işlərinin 20 faizinin peşəkar əməkdaşlarımız tərəfindən üstü açılıb”.
.