Bəzi sosial şəbəkə istifadəçiləri, o cümlədən “İnfoteka24” və digər xarici kütləvi informasiya vasitələri tərəfindən guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı kobud davrandığını əks etdirən videogörüntülər yayılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, ilkin əlamətlərə görə həmin videoların saxta olmasına əsaslı şübhələr yaranıb: “Hazırda bununla bağlı tərəfimizdən araşdırma aparılmaqla nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.
 

.