Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, bu günün rəqəmi isə 662-dir.

Bildirilib ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində 662 cinayət işinin istintaqının yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilməsi təmin edilib: "Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur".

.