Baş Prokurorluq Bakıda binanın çökməsi ilə bağlı daha bir məlumat yayıb.
Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir:
"Xəbər verildiyi kimi, paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" layihəsi çərçivəsində söküntü işlərinin aparılması zamanı şirkətdə əmək müqaviləsi əsasında işləyən və həmin işlərə cəlb edilmiş yalnız 4 nəfər şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilmişdir. Hər birinə ambulator tibbi yardım göstərildikdən sonra sonuncular evə buraxılmışlar.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən araşdırma aparılır, hadisə yerinə baxış keçirilib və qeyd edilən şəxslərin aldıqları xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə məhkəmə-tibb ekspertizaları təyin edilmişdir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir".
