"Tərtər işi" ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.

Bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Kamran Əliyev bildirib ki, hazırda istintaq davam etdirilir, qanunun tələb etdiyi bütün zəruri tədbirlər yerinə yetiriləcək.

Kamran Əliyev: "Ali Məhkəmə "Tərtər işi" ilə bağlı 18 nəfər barəsində son kassasiya qərarını ləğv edib"

Ali Məhkəmənin plenumunda Azərbaycan Respublikası Baş Prokurorunun "Tərtər işi" ilə bağlı ərizəsi təmin olunub.

Bu barədə Baş Prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Baş prokuror qeyd edib ki, məhkəmənin qərarı ilə 18 nəfər barəsində iki cinayət işi üzrə son kassasiya qərarı ləğv edilib. İş yenidən baxılmasını üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

.