"Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması ilə bağlı cinayət işi başlanıb".
Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Gəncədə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, ölkə qanunvericiliyi, beynəlxalq hüququn bütün normalarına uyğun olaraq bu dəhşətli cinayəti törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayət məsuliyyətinə cəlb edilməsi və onların beynəlxalq tribunal qarşısında cavab verməsi üçün bütün imkanlardan istifadə olunacaq.
.