“Nehrəm” MTK ölkəmizin qanunlarını heçə saymaqla, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qadağasına baxmayaraq, bina tikintisini davam etdirir”.

Bu barədə Baş Prokurorluğun Instaqram sosial şəbəkə hesabında “Prokorluqla sual-cavab” sessiyasında bina sakinləri yazıb.

Sakinlər bildirirlər ki, söhbət Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 33, məhəllə 945-də inşa edilmiş 19 mərtəbəli “Nehrəm” MTK yaşayış binasından gedir:

“Mühüm bir faktı nəzərinizə çatdırmaq istərdik ki, hazırda tikilməsi üçün qanunsuz sənədlərin hazırlanmasına vəzifə saxtakarlığı edilərək icazə verilib. Belə ki, 2004-cü ildən mövcud olan binanı, yeni blokun tikilməsi üçün hazırlanmış sənəddə vəzifəsindən sui-istifadə edərək bəzi məmurlar göstərməyiblər”.

Əlavə olunub ki, MTK-nın təsisçisi Hacı İbrahim Nehrəmlinin qardaşı, ATV-nin keçmiş prezidenti Tağı İbrahimovdur, onun oğlu Elşən İbrahimov isə faktiki rəhbərlik edir.

Sakinlər müraciətin araşdırılmasını xahiş ediblər.

Prokurorluqdan bildirilib ki, müraciət qeydə alınıb və nəticə ilə bağlı məlumat veriləcək. 
 

.