Neft sənayesinə kifayət qədər investisiya qoyulmaması neft çatışmazlığına və bazarda tarazsızlığa səbəb ola bilər.

Yenizaman-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın baş nazirinin müavini Aleksandr Novak bildirib.

“Bu baxımdan neft sənayesinin yetərincə maliyyələşdirilməməsi ilə bağlı risklər mövcuddur. Hazırda ənənəvi əlçatan yataqların tükənməsi müşahidə olunur, çətin çıxarılan ehtiyatlar isə daha böyük xərclər tələb edir. Buna görə də yaxın vaxtlarda neft sənayesinə investisiya bərpa olunmasa, istehlak təklifi üstələyəcək və bazarda tarazsızlıq yaranacaq”, - deyə Aleksandr Novak bildirib.

O vurğulayıb ki, qeyd olunan risklər barəsində bu gün aparıcı dünya energetika agentlikləri də xəbərdarlıq edir

.