Belarus və Azərbaycan arasında əlaqələr qarşılıqlı faydalı əməkdaşlığın yeni sahələrini əhatə etməklə dinamik inkişaf etməkdə davam edir.
Bunu Belarus baş nazirinin müavini İqor Petrişenko deyib.
O bildirib ki, bu yaxınlarda azərbaycanlı həmkarı Əli Əhmədovun iştirakı ilə Hökumətlərarası Komissiyanın birgə iclası keçirilib. Görüş zamanı Belarus Prezidentinin Azərbaycana dövlət səfəri zamanı dövlət başçılarının verdiyi bütün tapşırıqlar ətraflı işlənib: “Buraya yığılan texnikaların həcmlərinin artırılması, müvafiq xidmət mərkəzinin, gübrə istehsalı müəssisələrinin yaradılması, həmçinin dərman vasitələrinin tədarükünün genişləndirilməsi daxildir”.
“Bizim vəzifəmiz noyabrda ölkələrimizin rəhbərlərinə hesabat verə bilməyimiz üçün onların bütün göstərişlərini yerinə yetirməkdir. Azərbaycandakı dostlarımız və sizin Belarusdakı dostlarınız qarşılıqlı fəaliyyətimizin çox ciddi irəliləyişini və nəticəsini hiss ediblər”, - o bildirib.
.