![](/uploads/img/posts/2024/03/15/65f442b55f43565f442b55f436171050667765f442b55f43365f442b55f434jpg-1710507586.jpg)
Quru sərhədlərinin bağlı olmasını ümumdaxili məhsulla bağlamaq düzgün deyil.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, 2020-ci ilin mart ayından Azərbaycanın quru sərhədləri bağlanıb: “Bu, mənim Baş nazir kimi səlahiyyətimdir, mən buna imza atmışam. Bu yaxınlarda sərhədlərin yenə də 3 aylıq bağlı qalmasına qərar verilib”.
Baş nazir xatırladıb ki, 2021-ci ildə quru sərhədləri bağlı olsa da, ÜDM-in artımı 5,6 faiz, 2022-ci ildə isə 5,7 faiz olub.
.