Azərbaycan alternativ enerji mənbələrinin inkişafı ilə bağlı dünyanın aparıcı şirkətləri ilə birgə bir sıra iri layihələr icra edir.

Bunu Baş nazir Əli Əsədov Rusiyanın Soçi şəhərində keçirilən MDB Hökumət Başçıları Şurasının iclasında bildirib.

O, eyni zamanda Azərbaycanın “yaşıl” enerji gündəliyi məsələləri üzrə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirməyə hazır olduğunu qeyd edib.

.