“Pandemiya istehsal həcmlərinə mənfi təsir göstərib”.

Bunu bu gün Milli Məclisin iclasında büdcə zərfinin qəbulu ilə bağlı çıxışında Baş nazir Əli Əsədov millət vəkillərinin qiymət artımı ilə bağlı qaldırdıqları məsələlərə münasibət bildirərkən söyləyib.

Ə. Əsədov deyib ki, beynəlxalq təşkilatlar qiymətlərin son 30 ildə ən yüksək həddə çatdığını bildirib: “Bunun ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısının alınmasına, ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetiriləcək. Qiymət artımı ilə əlaqədar hökumət mümkün olan bütün qabaqlayıcı tədbirləri görür və bundan sonra da görəcək. Süni qiymət artımının qarşısının alınması ilə bərabər, idxalın əvəzinə istehsalın artırılması nəzərdə tutulur”.

.