Gürcüstanın Qərblə münasibətləri Ukraynada müharibə bitdikdən sonra yaxşılaşacaq.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Müəyyən çətinliklər var, lakin mən inanıram ki, Ukraynada müharibə bitən kimi bütün problemlər həllini tapacaq və münasibətlər normal çərçivəyə qayıdacaq. Ukraynada müharibənin gələn il bitəcəyinə böyük ümid və inamımız var. Müvafiq olaraq, Gürcüstan hökuməti ilə tərəfdaşlarımız arasında münasibətlər də gələn ildən keyfiyyətcə yaxşılaşacaq”, - Kobaxidze bildirib.
.