Gürcüstan Şərqlə Qərb arasında nəqliyyat dəhlizi və enerji əlaqəsi baxımından Avropa üçün xüsusi rol oynaya bilər.
Yenizaman xarici KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Oksfordda “Avropa Siyasi Birliyi”nin IV Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstanda ölkənin tranzit funksiyasını gücləndirəcək bir sıra layihələr həyata keçirilir:
“Bizim hələ də tranzit funksiyamızı gücləndirəcək bir sıra davam edən layihələrimiz var, o cümlədən Orta Dəhliz təşəbbüsü çərçivəsində funksiyamızın inkişafı Avropa üçün çox maraqlı olacaq. Söhbət xüsusilə, Qara dəniz regionundan gedir”.
O vurğulayıb ki, Gürcüstan nümayəndə heyəti avropalı tərəfdaşlarla konkret layihələri müzakirə edəcək.
.