“Gürcüstanda inqilabi proseslərdə birbaşa iştirak edən təşkilatlar ABŞ mənbələrindən maliyyələşdirilirlər”.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

O bildirib ki, Gürcüstan tərəfi bu məsələ ilə bağlı amerikalı tərəfdaşlarla müzakirələr aparıb.

“Bizim konkret məlumatlarımız var və onları amerikalı həmkarlarımızla qapalı formatda bölüşmüşük. Biz konkret ekstremist qrupların şübhəli maliyyələşdirilməsi ilə bağlı narahatlığımızı bildirmişik və bununla bağlı cavab gözləyirik”, - Baş nazir əlavə edib.

.