Sanksiyaların tətbiqi Ukrayna hökumətinin ağır vəziyyətini göstərir.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Kiyevin Gürcüstan rəsmilərinə sanksiya tətbiq etməsinə münasibət bildirərkən deyib.

“Bu gün Ukrayna hökumətinin vəziyyəti daha da ağırdır, bu qərar bu çətin vəziyyətin əks-sədasıdır”, – Kobaxidze bildirib.

Baş nazir sanksiyaların tətbiqi ilə bağlı Ukraynadan rəsmi bildiriş qəbul edilmədiyini qeyd edib.

Xatırladaq ki, Ukrayna hakim partiyanın lideri Bidzina İvanişviliyə ilə yanaşı, Tbilisi meri və “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze, Baş nazir İrakli Kobaxidze, DTX rəhbəri Qriqol Liluaşvili, daxili işlər naziri Vaxtanq Qomelauri də daxil olmaqla, "Gürcü Arzusu"nun 18 rəhbər vəzifəli rəsmisinə sanksiya tətbiq edib.

.