ABŞ-ın Rusiyaya qarşı sanksiyaları gücləndirməsi iqtisadi müharibə elanı deməkdir.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Rusiyanın baş naziri Dmitri Medvedev bildirir.

Medvedevin sözlərinə görə, bu müharibəyə reaksiya vermək lazımdır.

"Cavab iqtisadi, siyasi və ehtiyac olduğu halda başqa metodlarla olacaq. Və bizim amerikalı dostlarımız bunu anlamalıdır", - Rusiyanın Nazirlər Kabinetinin başçısı vurğulayıb.

O qeyd edib ki, sanksiyalar hər halda ölkə iqtisadiyyatına təsir edir:

"Bunda yaxşı heç nə yoxdur, çünki hər cür məhdudiyyətlər nəticədə iqtisadiyyatın əhvalına və valyutanın kursuna təsir edir”.

Baş nazir xatırladıb ki, Moskva barəsində sanksiyalar daha əvvəllər də dəfələrlə tətbiq edilirdi.

"Son 100 ildə ölkəmiz daimi sanksiyalarla üzləşib. Bunlar nə üçün hazırlanır? Rusiyanı beynəlxalq sahədə güclü rəqiblər arasından təmizləmək üçün”, - baş nazir söyləyib.

O qeyd edib ki, Rusiya XX əsrin başlanğıcında yaxşı inkişaf edirdi və sovet dövrünün bütün çətinliklərinə baxmayaraq, sürətli inkişaf var idi.

"Bu, çoxların, ilk növbədə, ABŞ və onun müttəfiqlərinin xoşuna gəlmirdi. Və indi də heç nə dəyişməyib”, - Medvedev deyib.
.