Bir ay içərisində Prezidenti impiçment edəcəyik.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Hökumət başçısı ölkə prezidenti Salome Zurabişvilinin texniki hökumət elan edəcəyi ilə bağlı suala cavabında bildirib ki, dövlət başçısı özü bir ay içərisində texniki olaraq impiçment ediləcək.
“Biz bir aya Prezidenti texniki olaraq impiçment edəcəyik. Bu barədə yalnız bunu deyə bilərəm”, - Kobaxidze cavabında bildirib.
Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili seçkilərdən sonra ölkənin keçid dövrünün təmin edilməsi məqsədilə təklif etdiyi “texniki hökumət”in tərkibini elan edəcəyini, onun üzvlərinin siyasətçi olmayan şəxslərdən təşkil olunacağını bəyan edib.
.