Biz NATO-Ukrayna Şurasının yaradılması üzərində işləyirik.

Bunu NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, burada Ukrayna NATO müttəfiqlərinə bərabər olacaq və qarşılıqlı narahatlıq doğuran təhlükəsizlik məsələləri ilə bağlı birgə müzakirə aparılıb qərar veriləcək.

“Bizim məqsədimiz odur ki, iyul ayında NATO sammiti çərçivəsində Prezident Zelenskinin iştirakı ilə bu Şuranın ilk toplantısını keçirək. Biz hamımız bir məsələdə razıyıq: ötən on il ərzində Ukrayna NATO-ya daha da yaxınlaşıb. Biz razılaşırıq ki, NATO-nun qapısı açıqdır və Ukrayna alyansın üzvü olacaq və bununla bağlı qərarı Ukrayna və NATO müttəfiqləri verəcək, Rusiyanın burada veto hüququ yoxdur”, - Baş katib vurğulayıb.

.