"COVID-19-a qarşı vaksinin vurulması bu infeksiyaya görə ağız/burun-udlaqdan götürülmüş yaxmanın PZR müayinəsinin nəticələrinə təsir göstərmir".

Bunu  Baş infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, istənilən halda PZR testinin pozitiv nəticəsi yalnış nəticələr istisna olmaqla, şəxsin virusa hava-damcı və ya təmas yolu ilə son bir neçə gün ərzində yoluxduğunu göstərir: "Müvafiq vaksin vurulduqdan sonra 7-10 gün ərzində qanda virusa qarşı spesifik əkscisimciklər formalaşmağa başlayır. Lakin tam qoruyucu immunitet birinci dozanın vurulmasından 42 gün sonra və daha gec formalaşır. Qanda virusa qarşı anticisimlər (İmmunoqlobulin G) əmələ gəldikdən sonra qanın müayinəsi (İFA metodu ilə) pozitiv nəticə verir. Bu nəticə xəstəliyi deyil, vaksin vasitəsi ilə əldə edilmiş immuniteti göstərir. Əgər İFA müayinəsində İmmunoqlobulin M aşkarlanarsa, bu hal şəxsin yoluxduğunu, xəstəliyi keçirməsini göstərir və bunun vaksinlə heç bir əlaqəsi yoxdur".

.