
İspaniya La Liqasında II tura yekun vurulub.
Turun son günündə 4 qarşılaşma keçirilib.
"Atletiko” səfərdə "Leqanes”ə qalib gəlib. "Real-Sosyedad” isə "Malyorka”dan güclü olub.
"Barselona” "Betis”i qonaq edib. Kataloniyalılar erkən qolla məğlub duruma düşsələr də, böyük hesabla qalib gəliblər.
Qeyd edək ki, növbəti turun oyunları avqustun 30-31 və sentyabrın 1-də keçiriləcək.
İspaniya La Liqası
II tur
"Alaves” – "Espanyol” – 0:0
"Malyorka” – "Real-Sosyedad” – 0:1
Edeqor, 83
"Leqanes” – "Atletiko” – 0:1
Vitolo, 71
"Barselona” – "Betis” – 5:2
Qrizmann, 41, 50, Peres, 56, Alba, 60, Vidal, 77 – Fekir, 15, Moron, 79
.