Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzo Azərbaycana səfəri zamanı demokratiya, insan haqları, qanunun aliliyi barədə müzakirələr aparacaq. Yenizaman.az xəbər verir ki, bu barədə jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard deyib.Onun sözlərinə görə, Azərbaycanla Avropa İttifaqı arasında çox vacib münasibətlər mövcuddur. AK prezidentinin səfərinin məqsədi də ikitərəfli münasibətləri və mövcud olan gündəliyi daha effektiv şəkildə davam etdirmək, Aİ Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi və dərinləşdirilməsi yollarını müzakirə etməkdir. "Ümid edirəm ki, Azərbaycanla yeni hüquqi baza üçün müəyyən razılaşmalar imzalanacaq. Borozzo həm də Ukrayana, Gürcüstan və Moldova ilə imzalanacaq assosasiya sazişin vacibliyini Azərbaycana səfəri zamanı vurğulayacaq. Siyasi münasibətlərimizin daha da möhkəmləndirilməsi üçün AI ilə Azərbaycan arasında bir saziş imzalanması nəzərdə tutulub. Borozzonun səfəri zamanı bu saziş də müzakirə olunacaq. Ümid edirik ki, gələn ay bu müzakirələr yekunlaşacaq". O deyib ki, Azərbaycan AI ilə münasibətlərini daha da möhkəmləndirmək istəyir: " Bu gün Azərbaycanla daha yaxın münasibətlərimiz var, ticarət sahəsində əməkdaşlığımız daha da inkişaf edib, ona görə də bizim yeni hüquqi bazanın yaradılmasına ehtiyacımız var". Xatırladaq ki, AK prezidenti sabah Azərbaycana səfər edəcək.
.
