Heç bir iştirakçı ölkə OPEC+ anlaşmasının 2018-ci ilin mart ayından sonra uzadılmasına etiraz etmir.
Hazırda əsas müzakirələr anlaşmanın hansı tarixə qədər uzadılması ətrafında gedir. Bu açıqlamanı OPEC-in baş katibi Məhəmməd Barkindo Vyanada verib.
"Hazırda anlaşmanın müddəti və şərtlərini müzakirə edirik", - deyə Barkindo bildirib. Baş katib qeyd edib ki, "anlaşmanın iştirakçıları bizə qoşulmaq istəyən digər neft ölkələrini dəvət edir. Yəqin ki, bəzi ölkələr anlaşmaya qatılacaq və noyabr sammitində iştirak edəcək".
Qeyd edək ki, noyabr ayının 30-da OPEC və təşkilata daxil olmayan neft hasilatçısı ölkələri Vyanada toplanaraq hasilatın azaldılması ilə bağlı anlaşmanı müzakirə edəcək.
.
