İrandan 3 nəfər Banqladeş, 3 nəfər Qətər və 1 nəfər Pakistan vətəndaşı həmin ölkədəki vəziyyətlə əlaqədar "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə olunub.

Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.

Qeyd edək ki, daha əvvəl Tacikistan, İtaliya vətəndaşları, Səudiyyə Ərəbistanının diplomatları Azərbaycana təxliyə edilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.

.