Azərbaycan banklarına qoyulan depozitlər bu il aprelin 1-nə 24,1 mlrd manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 3,4% azdır.

Bu göstərici 2020-ci ilin yanvarın 1-nə nisbətən 2,7% az, ötən ilin aprelin 1-i ilə müqayisədə isə 8,9% artıb.

Bunun qarşılığında isə sığorta bazarında artım qeydə alınıb. Belə ki, yanvar-mart aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 240,764 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 77,064 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 66,7% çoxdur.

2020-cu ilin yanvar-mart aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 32 manatı ödəniş edilib. 2019-cu ilin yanvar-mart aylarında bu göstərici 23 manat olub.

.