Son günlərdə Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıq­lığı və peşəkarlığı sayə­sində "Şəmkir” sərhəd dəstə­sinin xidməti ərazisində külli miqdarda pi­ro­texniki vasitələrin ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilməsinin qar­şısı alınıb, "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Azər­baycandan İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 1 nəfər şəxs saxlanılıb.

DSX-nın Mətbuat Mərkəzindən verilən məlumata görə, avqustun 15-də Gürcüstanla dövlət sərhədində Ehram çayı­nın axını ilə müqabil ölkə ərazisindən üzüb gələn 2 ədəd göy rəngdə çəllək aşkar olunub. Çəlləklərə baxış keçirilən zaman 14 ədəd "XL Hotshot 8S” markalı fişəng, 1960 ədəd "Bigtragel Crarcker” pirotexniki vasitə, 35 ədəd "X-nova”, 10 ədəd "Ku Fly”, 20 ədəd "Etel”, 10 ədəd "Odsen-6700”, 10 ədəd "Kgtell” markalı mobil telefon qutuları aş­kar olunub.

Avqustun 18-də Göytəpə sərhəd dəstəsinin xidməti əra­zisində Biləsuvar rayonu Biləsuvar kəndi yaxınlığındakı sərhəd zas­tavasının xidməti ərazisində Azərbaycandan İran İslam Res­publikası istiqamətində nəzarət iz zolağında 1 nəfərə məxsus iz aşkar olunub və dərhal keçirilən sərhəd axtarışı əməliy­yatı nəti­cəsində 1 nəfər sərhəd pozucusu qismində saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin İran İslam Respublikası vətəndaşı, Təbriz şəhər sakini 1970-ci il təvəllüdlü Kəfafi Qasım Məhəmməd olması, bu ilin fevral ayında Culfa SNM-dən qanuni yolla Azərbaycana gəlməsi, Azərbaycan vətəndaşı ilə ailə qurması, "Access Bank”a borclu olduğu üçün ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd etməsi məlum olub.

Sərhəd pozucusunun üzərində Azərbaycanda yaşamaq üçün bir illik icazə vəsiqəsi, 1 ədəd "Samsunq” markalı mobil telefon, 1000 ABŞ dolları, 720 İran realı, 58 manat, İrana məxsusu müxtəlif 6 ədəd, Azərbaycana məxsus plastik kart aşkar olunub.

Qeyd edilən faktlar üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
.