Xocalı rayonunun Ballıca kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.

Ballıcaya yeni köçən ailələrə mənzillərin açarlarının təqdim olunması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri iştirak edib.

Qeyd edək ki, bu mərhələdə kəndə 15 ailə (68 nəfər), ümumilikdə isə 172 ailə (811 nəfər) köçürülüb.

14:00

 

Xocalı rayonunun Ballıca kəndinə yola salınan növbəti köç karvanı artıq kəndə çatıb.

Ballıcaya bu gün yola salınan köç karvanı 15 ailədən (68 nəfər) ibarətdir.

Bununla da Xocalı rayonunun Ballıca kəndinə 172 ailənin (811 nəfər) köçürülməsi təmin edilib.

11:39

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xocalı rayonunun Ballıca kəndinə növbəti köç yola salınıb.

Ballıcaya köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 15 ailə - 68 nəfər köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

.