Balakəndə ağır yol qəzası olub.

Dünən saat 23 radələrində  Balakən rayonu Kortala kənd sakini, sürücü Murad Xırxırov idarə etdiyi "VAZ-2101" markalı avtomobillə Kortala kəndindən şəhər istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə sürücü M. Xırxırov hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - Kortala kənd sakini Ramazan Qalayçıyev, Qazma kənd sakinləri - Həlimət Sarıyeva və Ofeliya Hacıyeva müxtəlif bədən xəsarətləri alıblar. 

Faktla bağlı araşdırma aparılır. 

.