"İyulun 3-ü saat 19:00 radələrindən etibarən "BakuBus” MMC-yə məxsus avtobuslarla sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir”.

"BakuBus” MMC-dən verilən xəbərə görə, Bakı Nəqliyyat Agentliyinin tapşırığına əsasən, iyulun 4-ü də müntəzəm marşrut xətləri üzrə hərəkət edən "BakuBus” MMC-yə məxsus avtobuslardan istifadə ödənişsizdir.

"Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması xüsusi rejim başa çatanadək davam edəcək. Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması vəziyyətinə dair əlavə məlumat veriləcək,” – deyə məlumatda qeyd olub.
.