Bakı şəhərinə yeni prokuror təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Abbasov Elşən Akif oğlu tutduğu vəzifədən azad olunaraq Bakı şəhər prokuroru təyin edilib. Qeyd edək ki, ötən gün Bakı şəhər Prokuroru İlqar Abbasovun səlahiyyət müddəti başa çatdığı üçün vəzifəsindən azad edilib.

.