
ANS PRESS-in məlumatına görə, bu barədə aeroportun rəsmi saytında 29-martdan 24 oktyabra kimi reyslərinin cədvəlində qeyd edilib.
Beynəlxalq reyslərdə Bakıdan əlavə Bişkək, Düşənbə, İrəvan, Daşkənd, Pekin, İstanbul, Dubay, Varna və Saloniki şəhərlərinə birbaşa uçuşlar ləğv olunub.
Bundan əlavə, aeroport yerli reyslərdə Omsk-Moskva istiqamətində uçuşları 11-dən 8-ə endirib. Xabarovsk, Xantı-Mansiysk, İrkutsk, Krasnodar və Qelencik şəhərlərinə bir başa reyslər təxirə salınıb.
Qeyd edək ki, aeroport rəsmiləri bir çox beynəlxalq və yerli reyslərin təxirə salınmasını iqtisadi böhranla əlaqələndirirlər..