Bu gün səhər saatlarından başlayaraq Bakı şəhərində intensiv qar yağır və artıq yerdə oturmağa başlayıb.

AzNews.az xəbər verir ki, çovğunla müşaiyət olunan güclü qar paytaxtın əksər hissələrində müşahidə edilir. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış, sulu qar da müşahidə edilir. 

Dekabrın 9-da isə qar, arabir güclənən mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın minimal temperaturu 0-3° şaxta təşkil edəcək.

Yenizaman.az






 

.