
Bu gün Bakının və bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Virtualaz.org "Azəriqaz” İstehsalat Birliyinə istinadən bildirir ki, yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi və qaz tənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar bu gün saat 13.00-dək Bakının Nərimanov, saat 18.00-dək Ağstafa və Qazax rayonlarının, işlər başa çatanadək isə Bakının Binəqədi və Suraxanı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.