Bu gün səhər saatlarında Bakı şəhərinin küçələrində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, hazırda Heydər Əliyev prospekti (əsas və kənar yolda), Bakı - Sumqayıt şosesi, Tbilisi prospekti (Nəqliyyat Nazirliyinin qarşsı), Qələbə dairəsi (Abdulvahab Salamzadə küçəsi istiqamətində), Həsən Əliyev küçəsi, Niyazi küçəsi (Azneft dairəsi) və Azadlıq prospekti (mərkəz istiqamətində) sıxlıq yaranıb.
Sayt xəbər verir ki, indi Nobel prospektinin Cavanşir körpüsünə doğru, "Ağ şəhər”in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin böyük sıxlığı müşahidə edilir.
Xatırladaq ki, burada aparılan təmir işləri ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti dünəndən hissə-hissə qismən məhdudlaşdırılıb.

.