Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində beşmərtəbəli binanın 3-cü mərtəbəsində (yeni tikilən kommersiya təyinatlı obyekt) yanğın baş verib. İlkin məlumata görə, yanğın təqribən 150 m² sahədə olub.

Fövqəladə Hallar Nazirliyinin saytı verdiyi məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı, əlavə məlumat veriləcək.

***

Bakıda tikinti obyekti yanır.

Hadisə Nizami rayonu ərazisində yerləşən “Neftçilər" metrostansiyasının yaxınlığında yeni tikinti obyektində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

.