Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında Yasamal rayonunda qeydə alınıb. İnşaatçılar prospekti ilə hərəkətdə olan BMW markalı minik avtomobili Nəriman Nərimanov küçəsinə dönərkən yüksək sürət səbəbindən idarəetməni itirib.

Nəticədə yoldan çıxan maşın yaxınlıqdakı parkın ərazisinə girib. Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb, yol infrastrukturuna isə ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

.