Bakının mərkəzi parklarından birində meyit tapılıb. Nəsimi Rayon Prokurorluğundan verilən məlumata görə, meyit dünən Nəsimi rayonu ərazisində yerləşən S.Vurğun bağında aşkarlanıb.
Təxminən 60-65 yaşında olan kişi meyidinin üzərində zorakılıq əlamətləri olmayıb. Faktı Nəsimi Rayon Prokurorluğu araşdırır. (milli.az)
.
