Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.
Azvison.az-ın xəbərinə görə, buna səbəb Sumqayıt və Saray qəsəbəsindən paytaxta bəzi maşınların buraxılmamasıdır.
Belə ki, I Avropa Oyunlarının açılışı ilə əlaqədar Sumqayıt və Saray qəsəbəsinin çıxışında postlar qurulub və avtomobillər yoxlamadan keçdikdən sonra bir-bir buraxılır.
Hadisə şahidlərinin bildirdiyinə görə, dövlət qeydiyyat nişanından asılı olmayaraq bütün şəxsi avtomobillərin paytaxta girişinə qadağa qoyulub.
Hazırda vətəndaşlar Bakıya yalnız avtobuslar vasitəsi ilə gələ bilirlər.

.