
Səhər tezdən Bakı şəhərinin əksər əsas küçələrində nəqliyyatın hərəkətində çətinlik müşahidə edilir.
Virtualaz.org Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən bildirir ki, bu dəqiqələrdə Binəqədi şosesində (şəhər mərkəzi istiqamətində), Azadlıq prospekti (mərkəz istiqamətində), Xətai prospekti, Əhməd bəy Ağaoğlu küçəsində tıxac yaranıb.
Eyni zamanda, paytaxtın Mehdi Hüseyn və Şeyx Şamil küçələrində, həmçinin Bakı-Sumqayıt şosesində (paytaxt istiqamətində) nəqliyyat vasitələrinin sıxlığı qeydə alınıb.