
Qaraçuxur istiqamətində hərəkət edən 81 saylı avtobusda cibgirlik geniş yayılıb.
Zərərçəkmişlərdən biri Zaur Rəşidov adlı şəxs saytımıza müraciət edərək bir neçə gün öncə çantasında olan planşetinin, cibindən portmonatının çalındığını deyib. Bu cür hadisə ilə ilk dəfə rastlaşmayan gənc onun və ətrafındakı insanların belə hadisə ilə dəfələrlə qarşılaşdığını deyib.
Zaur iddia edir ki, qrup şəklində işləyən cibgirlər ehtimala görə, üç nəfərdirlər. İkisi bədəncə dolu, biri isə arıq, 25-30 yaş arasında şəxslərdir. Onlar üçün avtobusdakı sıxlıq münbit şəraitdir. İşlərini başa vura bilmədikdə, hədəfin duyuq düşdüyünü biləndə isə üzr istəyib arxada olanı günahlandırlar ki, guya onları itələyiblər.
Zərərçəkmiş şəxs Sabunçu rayon 13-cü polis bölməsinə müraciət etdiyini də vurğulayıb. Polis bölməsindən isə tədbir görüləcəyi ilə bağlı vəd veriblər./faktxeber.com
.