Noyabrın 3-də Bakıda "Rusiya-Azərbaycan Tarla Günü 2022" sərgisi açılacaq.   Bakıdakı  "Həştərxan İş  Mərkəzi"nin açıq meydançasında keçiriləcək  "Rusiya-Azərbaycan Tarla Günü" kənd təsərrüfatı texnikasının ixtisaslaşdırılmış sərgisində Rusiyanı 14 müəssisə-  Rostselmaş, Klever, Volqa Kombinat Zavodu (AGROMASH), Melinvest, Traktor MMC (URALETS), Kuzembetevski RMZ ASC, Salskselmash MMC, AgroPostavka MMC, Cənubi Ural Çəki Zavodu və başqaları  təmsil  edəcək.

Bakıdakı   "Həştərxan İş  Mərkəzi"nin açıq meydançasında  keçiriləcək "Rusiya-Azərbaycan Tarla Günü" sərgisi 2  gün  davam  edəcək. Qeyd  edək  ki, Bakıdakı  "Həştərxan İş  Mərkəzi"nin  açılışı  2021-ci ilin  dekabrında  baş  tutub.

.