Bakının Nərimanov rayonunda yol nəqliyyatı hadisəsi zamanı iki nəfər xəsarət alıb və bir nəfər ölüb.

Yol qəzası Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Kənan Həsənov idarə etdiyi "Toyoto" markalı avtomobili aşırıb. Qəza nəticəsində avtomobilin sürücüsü K.Həsənov və sərnişin Həşim Mədətov ağır bədən xəsartləri alıb.

Digər sərnişin - 1961-ci il təvəllüdlü Rəhilə Mədətova hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

.