Bakıda yeniyetmə qız anasının telefonlarını və pulunu götürərək evdən qaçıb.

Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini Aygün Cabbarlı rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə müraciət edərək qızı, 2004-cü il təvəllüdlü G. Cabbarlının ona məxsus iki ədəd "Samsung" markalı telefonu və 800 manat pulunu götürərək evdən çıxdığını və geri qayıtmadığını bildirib.

Faktla bağlı araşdırmalara başlanıb.

.