
Bakının Binəqədi rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, hadisə Səttar Bəhlulzadə küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb.
Yanğının olması barədə məlumat daxil olduqdan sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisənin baş verdiyi ünvana cəlb olunub. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.
.